Qurban Qurbanov: "Çempionatda belə xal itkiləri olacaq"

18:54 - 23 Fevral 2019

Azərbaycan Premyer Liqasında XVIII turun "Sabah" - "Qarabağ" oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, 46 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:

 

- Maraqlı oyun oldu. Əfsuslar olsun ki, qalib gələ biımədik. Xeyli sayda qol epizodlarımız oldu, ancaq istifadə edə bilmədik. Bir xal qazandıq, iki xal itirdik. Çempionatda belə xal itkiləri olacaq. Qarşıda çəti oyunlar gözləyir.

 

- Araz Abdullayevin əvəzedici komandaya göndərməyinizin səbəbi nə idi?
- Performansından narazı idim. Ona görə göndərmişəm.

 

- Coşqun Diniyevdən bu cür oyun gözləyirdizmi?
- Hər hansı bir fikir səsləndirmək düzgün olmaz. Futbolda belə amillər olur. Komandadan gedən futbolçu, əvvəlki komandasına qarşı yaxşı hazırlaşır.

 

- Əvəzetmə eləməməyinizin səbəbi nə idi?
- Hücum xətti üçün iki futbolçu var idi: Abdullah Zubir və İnnosent Emeqara. Zubirin zədəsi var idi. Ağrıları olduğu üçün meydana buraxa bilmədik. Oyunun bitiminə az qalmışdı. Oyun ritmimiz pozulmasın deyə, Emeqaranı oyuna buraxmadım.

 

- Qış fasiləsindən sonrakı "Qarabağ" sizi nə qədər razı salır?
- Daha da yaxşı oyun göstətməyə çalışırıq. Ayrı-ayrılıqda hər futbolçunun da performansı yaxşı olmalıdır. Çox istərdim ki, 4 turdan sonra 12 xal toplayaq. Razı qaldığım oyunlar da var, qalmadığım da.

 

- "Neftçi" - "Səbail" matçında "Neftçi"nin xal itirməsini arzulayırsızmı?
- Xeyr. Öz oyunumuzun yaxşı olmasını arzulayıram. Öz oyunumuza fikir veririk. Bütün oyunların bol qollu və maraqlı keçməsini istərdim.

 

- Musa Qurbanlını nə vaxt əsas heyətdə görmək olar?
- Deyə bilmərəm. Hələ tezdir. Bilmək olmaz ki, əsas heyətə layiq olacaq, ya yox. Qol vurmaq o demək deyil ki, böyük futbolçudur.

Xəbər xətti