Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub. İkinci oyun günündə iki görüş keçirilib.
Sportal.az xəbər verir ki, lider "Neftçi" "Səbail"i qəbul edib. 8-ci km stadionunda baş tutacaq matçda "ağ-qaralar" çempionluq yarışında əsas rəqibi "Qarabağ"ın xal itkisindən istifadə edə bilməyib və qarşılaşmadan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
Tura Sumqayıtda yekun vurulub. Turnir cədvəlinin son sıralarında qərarlaşan "Sumqayıt"la "Zirə"nin duelində qonaqlar 1:0 hesabı ilə qalib gəlib.
“Neftçi” – “Səbail” - 1:2
Qollar: Baqali Dabo, 56 - Kevin Kubemba, 35, Yevgeni Koçuk, 44
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”, 16:00
“Sumqayıt” – “Zirə” - 0:1
Qol: Mfo Kqasvane, 23
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Vüqar Həsənli
Hakim-inspektor: Əhmədağa Cabbarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Kapital Bank Arena”, 18:30