Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlandı

11:55 - 25 Fevral 2019

Topaz Premyer Liqasında mövsümün 6-cı avtoqolu qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, bu uğursuzluqla “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov üzləşib. Müdafiəçi XVIII turun “Sabah”la səfər oyununda (1:1) öz qapısına qol vurub.

 

Bununla da Hüseynov Azərbaycan çempionatları tarixinin antirekordunu təkrarlayıb. Belə ki, “Qarabağ”ın futbolçusu Premyer Liqada 3-cü dəfə avtoqol müəllifi olub. Bədavi 2011/12 mövsümündə “Sumqayıt”da çıxış edərkən “Kəpəz”lə, 2013/14 mövsümündə isə “Qarabağ”ın heyətində “Simurq”la səfər oyunlarında da öz qapısına qol vurmuşdu.

 

Müdafiəçi Azərbaycan çempionatları tarixində hamıdan çox – 3 avtoqola üzülən 7-ci oyunçudur. Ona qədər Ayxan Abbasov, Saşa Yunisoğlu, Denis Silva, Ruslan Abışov, Natiq Qasımov və Jairo Rodriges də eyni sayda uğursuzluq yaşayıb.

Xəbər xətti