Türkiyə kubokunda 1/4 finalın cavab oyunları keçirilir.
Sportal.az xəbər verir ki, "Qalatasaray" səfərdə I Liqa təmsilçisi "Hatayspor"la qarşılaşıb.
Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda 2:0 üstün olan İstanbul klubu səfər qolu sayəsində yarımfinala yüksəlib.
Türkiyə Kuboku
1/4 final (cavab oyunu)
"Hatayspor" - "Qalatasaray" - 4:2
Qollar: Karadeniz, 59 (pen.), 71 (pen), Aydın, 79, Çipe, 87 (öz qapısına) - Çelik, 21, Akbaba, 53
saytlarin hazirlanmasi