"Azərbaycanla oyunda Srnaya ehtiyac yoxdur"

14:45 - 1 Mart 2019

Xorvatiya millisinin müdafiə xəttindəki problemlərinə görə komandanın məşqçilər korpusunun Dario Sırnanı yığmaya qaytarmaq fikrindədir.

 

Sportal.az xəbər verir ki, Xorvatiyanın tanınmış məşqçilərindən olan İliya Lonçareviç açıqlamasında buna ehtiyac olmadığını deyib: "Dario uzun müddət əvvəl yığmadan gedib və qayıtmaq məqsədi də yoxdu. Buna səbəb görmürəm. Çünki Azərbaycan və Macarıstanla oyun yığmamız üçün həlledici deyil. Mərhələ hələ yeni başlayır. Yalnız sonda, həlledici oyunlarda ehtiyac yaranarsa, bu məsələ gündəmə gələ bilər".

 

Qeyd edək ki, Xorvatiya millisi martın 21-də millimizlə Zaqrebdə, 24-də isə Macarıstanla səfərdə qarşılaşacaq.

Xəbər xətti