Rüstəmdən sərt reaksiya: "Gökdəniz Qaradəniz şərəfsiz hərəkət etdi"

14:56 - 1 Mart 2019

Türkiyə millisinin sabiq üzvü Gökdəniz Qaradəniz "Rubin"dən alacağı pulu istəməsi qalmaqala səbəb olub.

 

Sportal.az xəbər verir ki, ötən il Kazan klubunda karyerasını başa vuran sabiq hücumçu Rusiya Futbol Federasiyasına şikayət edərək, 2,5 aylıq maaşının (625 min avro) ödənilməsini tələb edib. 39 yaşlı veteran futbolçunun bu hərəkətinə klubdan sərt reaksiya verilib. "Rubin"in baş direktoru Rüstəm Saymanov futbolçu barədə sərt sözlər səsləndirib: "Gökdənizin alacaqlarından imtina etməsini istəmirik. Ona pulunu verəcəyik. O, kasıb bir insan deyil, ancaq borcların üzərində çox dayanır. Üstəlik alacaqlarının faizini də tələb edr. Uzun müddət klubumuzda oynadıq. Etdiyi çirkin və şərəfsiz hərəkətdir. 10 il burda oynayan futbolçu Kazanın hər zaman ürəyində olacağını söyləmişdi. O, oynadığı müddətdə hər kəsin sevgisini qazandı, lakin indi borcları faizlə istəyir".

 

Qeyd edək ki, Gökdəniz Qaradəniz 2008-2018-ci illərdə "Rubin"də çıxş edib.

Xəbər xətti