Xorvatiya millisinin üzvü: "Azərbaycanla oyuna arxayın çıxmaq olmaz"

13:55 - 2 Mart 2019

Xorvatiya millisinin futbolçusu Borna Barişiç açıqlama verib.

 

Sportal.az xəbər verir ki, AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla oyunlar barədə danışan müdafiəçi Yosip Pivariçin yoxluğunda yığmaya yolunun açıldığını və npvbəti iki matçda komandanın işinin asan olmayacağını söyləyib: "Pivariçə görə məyusam. Diz zədəsi çox ağır olur, bunu heç kimə arzulamıram. Pivariçin yoxluğu mənim yığmaya yolumu aça bilər. Yaxşı formadayam və hazıram. Hər şey baş məşqçinin qərarından asılıdı. Komandada bir sıra itkilər var. Xüsusilə cinah oyunçuları zədəlidi. Şime Vrsalko da oynaya bilməyəcək. Azərbaycan və Macarıstanla oyunlarda işimiz asan olmayacaq. Bu matçlara arxayın çıxmaq olmaz. İstənilən rəqib sürpriz edə bilər. Ancaq  öz bacarığımıza bələdik. Düşünürəm ki, problem olmayacaq. Komandamız böyük klublarda çıxış edən yüksək səviyyəli futbolçulardan qurulub. Qarşıdakı iki oyunda qələbə qazanmaq lazımdı".

 

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də Zaqrebdə keçiriləcək. "Damalılar" bundan 3 gün sonra Budapeştdə Macarıstanın qonağı olacaq.

Xəbər xətti