Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub.
Sportal.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.
"Zirə" öz meydanında "Qəbələ"ni qəbul edəcək. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Qarabağ" isə səfərdə "Keşlə"ni 1:0 hesabı ilə məğlub edib.
15:00. “Zirə” – “Qəbələ” - 1:1
Qollar: İsmael Fofana, 87 - Bəxtiyar Həsənalızadə, 57 (avtoqol)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Namiq Bəkirov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu
17:30. “Keşlə” – “Qarabağ” - 0:1
Qol: Araz Abdullayev, 16
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Nahid Xasıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASK Arena”
saytlarin hazirlanmasi