Qurban Qurbanov: "Meydança topla lazımı şəkildə oynamağımıza imkan vermirdi"

19:59 - 3 Mart 2019

Azərbaycan Premyer Liqasında XIX turun “Keşlə” – “Qarabağ” oyunundan (0:1) sonra təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 46 yaşlı mütəxəssis əvvəlcə görüşü belə şərh edib:

 

"Vacib 3 xal qazandıq. Bir az meydança, bir az da hava şəraiti topla lazımı şəkildə oynamağımıza imkan vermirdi. Buna rəğmən qələbə qazandıq. Futbolçularıma təşəkkür edirəm”.

 

Təcrübəli çalışdırıcı Rəşad Sadıqov, Reynaldo Silva və Ansi Aqollinin meydana çıxmamasına aydınlıq gətirib: “Rəşadın mikrozədəsi olduğu üçün risk edib, oynatmadıq. Reynaldonu meydançanın süni ot örtüyü olmasına görə ehtiyat elədik. Aqolli isə sırf seçim məsələsidi”.

 

Qurban Qurbanov Araz Abdullayevin yenidən əsas heyətə qaytarmalarına da toxunub: “Bəzən belə hallar olur. Futbolçu kiçik bir müddətlik oyun formasını itirir. Bunu tez bir zamanda aradan qaldırdığını düşünürəm. Ona görə də bu gün əsas heyətə qaytardım”.

Xəbər xətti