Azərbaycan Premyer Liqasının 19-cu turunda qeydə alınan azarkeş sayı bəlli olub.
Sportal.az xəbər verir ki, turun ilk görüşü "Bayıl Arena"da "Səbail" və "Sumqayıt" arasında baş tutub. 0:0 hesabı ilə başa çatan görüşü stadionda 400 nəfər izləyib.
"Bakcell Arena"da baş tutan "Neftçi" - "Sabah" matçında (3:0) 1000, Zirə İdman Kompleksinin stadionunda reallaşan "Zirə" - "Qəbələ" qarşılaşmasında (1:1) isə 600 azarkeş qeydə alınıb.
Turun son oyunu "ASK Arena"da "Keşlə" və "Qarabağ" arasında baş tutub. Qonaqların 1:0 hesablı qələbəsini 900 nəfər izləyib.
Beləliklə, 19-cu turda 2900 azarkeş qeydə alınıb. Bu da hər oyuna 725 fanat deməkdir.