"Rakitiçlə Modriçin necə vəziyyətdə olması bizim üçün vacibdir"

12:51 - 5 Mart 2019

Xorvatiya millisinin məşqçisi İvitsa Oliç Aç-2020-nin seçmə mərhələsi çərçivəsində yığmamıza qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bildirib.

 

Sportal.az net.hr saytına istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis heyətdəki problemlərdən danışıb:

 

"El-Klasiko"ya baxdım. "Real" bu mövsüm elə də yaxşı deyil. Ancaq bizim üçün əsas İvan Rakitiçlə Luka Modriçin necə vəziyyətdə olmasıdır. Bir neçə futbolçunu da izləyirik. Petkoviçlə Ponqraçiç komandaya yaxın adlardır. Onlardan başqa da bir neçə futbolçu milli komandaya qovuşa bilər. Bruno Petkoviç həqiqətən də diqqətləri öz üzərinə çəkib. Onu izləməyə davam edəcəyik. Onun yaxşı inkişaf edəcəyinə inanıram. Bundesliqada Rebiç, Brekalo və Kramariç müntəzəm şəkildə oynayırlar. Onlara ümidimiz var. Təəssüf ki, Tin Yedvay üçün bunu deyə bilməyəcəm. Bundan başqa, "Rizəspor"da çıxış edən sol cinah müdafiəçisi Dario Melnyak son qarşılaşmalarda bir neçə qol vurub. O, "Fənərbaxça"nın qapısından iki top keçirib. Bu, mənim üçün həqiqətən də möhtəşəm xəbər oldu. Diqqətə düşməyi bacardı".

 

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də baş tutacaq.

Xəbər xətti