Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:
Azərbaycan Premyer Liqasının 19-cu turunun “Neftçi” – “Sabah” matçında “Neftçi”inin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Oyunun 84-cü dəqiqəsində “Neftçi” klubunun futbolçusu Məhəmməd Mirzəbəyov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
saytlarin hazirlanmasi