Xorvatiya millisində ciddi itki

10:26 - 6 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsində ilk oyunda millimizi qəbul edəcək Xorvatiya yığması ciddi itkiylə üzləşib.

 

Sportal.az 24sata.hr saytına istinadən xəbər verir ki, "damalılar"ın hücumçusu Ante Rebiç sıradan çıxıb. 25 yaşlı futbolçu "Ayntraxt"ın heyətində Bundesliqanın 24-cü turunda "Hoffenhaym"a qarşı matçda zədələnib. Futbolçunun zəddəsinin ciddi olduğu üçün Belqrada müayinədən keçməyə gedib. Rebiç zədə səbəbindən Avropa Liqasında "İnter"lə görüşün iştirak ərizəsinə salınmayıb. Onun millimizlə oyuna hazır olub-olmayacağı məlum deyil.

 

Zlatko Daliç Rebiçin alternativi kimi Zaqreb "Dinamo"sunda oynayan Bruno Petkoviçi görür.

 

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də baş tutacaq. 

Xəbər xətti