Xorvatiya millisinin futbolçusu Marin Leovats açıqlama verib. Zaqreb "Dinamo"sunun müdafiəçisi AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstana qarşı keçirəcəkləri oyunlar barədə danışıb.
Sportal.az "Sportske Novosti"yə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu xal itirməməli olduqlarını deyib: "Hədəfimiz doğma azarkeşlər önündə qələbə qazanmaq və uğurlu başlanğıc etmək olacaq. Həm Azərbaycan, həm də Macarıstanla görüşdə xal itirmək olmaz. Əgər şans verilərsə, bütün bacarığımı ortaya qoyacam".
Xorvatiya qrupda ilk oyununu martın 21-də "Maksimir" stadionunda yığmamıza qarşı keçirəcək. "Damalılar" 3 gün sonra Macarıstanın qonağı olacaq.
saytlarin hazirlanmasi