Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 21-i səfərdə Xorvatiya milli komandası ilə qarşılaşacaq. Bundan 4 gün sonra isə Bakıda millimiz Litva komandasını qəbul edəcək.
Sportal.az xəbər verir ki, bu vacib oyunlara daha səmərəli hazırlaşmaq məqsədi ilə AFFA-dan PFL-ə daxil olan rəsmi müraciətdə millimizin martın 16-da təlim-məşq toplanışına başlamaq istəyi öz əksini tapıb. Qeyd olunan tarixdə təqvim üzrə Premyer Liqanın XXI turu çərçivəsində “Səbail” - “Qarabağ” və “Zirə” - “Keşlə” matçları keçirilməsi nəzərdə tutulmuşdur. Milli komandamızın qarşıdakı oyunlara daha səmərəli hazırlaşması üçün PFL XXI turun oyunlarında dəyişiklik edib. Belə ki, Premyer Liqanın XXI turu çərçivəsində “Səbail” - “Qarabağ” və “Zirə” - “Keşlə” matçları martın 15-i tarixinə keçirilib.
saytlarin hazirlanmasi