Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. "Qəbələ" evdə "Səbail"lə üz-üzə gəlib və 2:1 hesablı qələbə qazanıb.
Digər görüşdə "Neftçi" autsayder "Sumqayıt"ın qonağı olub. Paytaxt klubu 0:1 hesabı ilə geri düşdüyü matçdan qələbə ilə ayrılıb - 2:1. Bu qələbə "ağ-qaralar"ı turnir cədvəlində vahid lider edib.
“Qəbələ” – “Səbail” - 2:1
Qollar: Ceyms Adeniyi, 49, 55 - Elvin Yunuszadə, 84
Qırmızı vərəqə: Bəhlul Mustafazadə, 73 ("Qəbələ")
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Rövşən Rəəcəbov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu, 14:00
“Sumqayıt” – “Neftçi” - 1:2
Qollar: Peyman Babayi, 26 - Mamadi Mbodj, 76, Ömər Buludov, 87
Qırmızı vərəqə: Mehdi Cənnətov, 77 ("Sumqayıt")
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Əhmədağa Cabbarov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
“Kapital Bank Arena”, 16:30