Xorvatiya millisi daha bir futbolçusundan məhrum oldu

10:51 - 11 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla qarşılaşacaq Xorvatiya millisi daha bir itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, Marko Pyatsa, Ante Rebiç, Şime Vrsalko, Yosip Pivariç və cəzalı Deyan Lovrenin ardından "damalılar" daha bir oyunçunun xidmətindən məhrub olub. Komandanın yarımmüdafiəçisi Marselo Brozoviç "İnter"in heyətində A Seriyasının 27-ci turunda SPAL-la qarşılaşmanın 42-ci dəqiqəsində zədələnib. Meydanı yarımçıq tərk edən futbolçunun bir neçə həftəlik sıradan çıxdığı ehtimal edilir.

 

Bundan əlavə, "İnter"in digər xorvatiyalısı İvan Perişiçin də durumu qeyri-müəyyəndir.

 

Qeyd edək ki, Xorvatiya - Azərbaycan görüşü martın 21-də keçiriləcək.

 

Xəbər xətti