Oliçlə Prosineçki görüşüb: "Azərbaycan barədə daha çox məlumat almaq istəyirik"

11:11 - 11 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda Azərbaycanı qəbul edəcək Xorvatiya yığmasının çalışdırıcısı Zlatko Daliç açıqlama verib.

 

Sportal.az "24sata.hr" saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis heyətlə bağlı qayğılı olduğunu bildirib. Daliç DÇ-2018-dən futbolçuların dincəlmədiyini deyib: "DÇ-2018-də yolumuz uzun oldu. Futbolçular yetərincə dincəlmədi. Hər kəs klubuna qayıtdı, ancaq kimsə fikirləşmir, dayanmadan oynadırlar. Əlbəttə, uşaqlar yay tətilini səbirsizliklə gözləyir. Toplantıda furbolçuların necə vəziyyətdə olduğunu görəcəm. Bütün futbolçuları izləyirik. Narahat deyilik, problemlər çox olsa da".

 

Daliç millimizin sabiq çalışdırıcısı Robert Prosineçki ilə köməkçisi İvitsa Oliçin görüşdüyünü vurğulayıb: "Məşqçi heyəti tam gücü ilə çalışır. İvitsa Oliç Azərbaycan millisində baş məşqçi olmuş Robert Prosineçki ilə görüşüb. İlk rəqibimiz barədə daha çox məlumat almaq istəyirik".

 

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də baş tutacaq.

Xəbər xətti