Azərbaycan Premyer Liqası: 4 oyuna 3500 azarkeş

11:55 - 11 Mart 2019

Azərbaycan Premyer Liqasının 20-ci turunda qeydə alınan azarkeş sayı bəlli olub.

 

Sportal.az xəbər verir ki, turun ilk görüşü "ASK Arena"da "Keşlə" və "Sabah" arasında baş tutub. Meydan sahiblərinin 3:0 hesabı ilə qalib gəldiyi görüşü stadionda 250 nəfər izləyib.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan "Qarabağ" - "Zirə" matçında (0:0) 700, Qəbələ şəhər stadionunda reallaşan "Qəbələ" - "Səbail" qarşılaşmasında (2:1) isə 550 azarkeş qeydə alınıb.

 

Turun son oyunu "Kapital Bank Arena"da "Sumqayıt" və "Neftçi" arasında baş tutub. Qonaqların 2:1 hesablı qələbəsini 2000 nəfər izləyib.

 

Beləliklə, 20-ci turda 3500 azarkeş qeydə alınıb. Bu da hər oyuna 875 fanat deməkdir.

 

Image may contain: one or more people, crowd and outdoor

Image may contain: one or more people, stadium and outdoor

Image may contain: one or more people

Image may contain: 1 person, playing a sport, stadium and outdoor

undefined

undefined

Image may contain: 31 people, people smiling, crowd and outdoor

 

Xəbər xətti