Topaz Premyer Liqasının 20-ci turunun rəmzi komandası açıqlanıb.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, “InStat” şirkətinin təhlilinə əsasən, turun rəmzi komandası aşağıdakı kimidi:
Qapıçı: Kamal Bayramov (“Zirə”);
Müdafiəçilər: Cabir Əmirli (“Keşlə”) - 2, Azər Salahlı (“Keşlə”) - 3, Mamadu Mbodj (“Neftçi”), Kiril Petrov (“Neftçi”) - 4;
Yarımmüdafiəçilər: Namiq Ələsgərov (“Neftçi”), Valeri Kutsenko (“Keşlə”), Mamadu Kane (“Neftçi”), Stiven Monroz (“Qəbələ”) - 5;
Hücumçular: Conatan Ayite (“Keşlə”), Ceyms Adeniyi (“Qəbələ”) - 6.
Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.