Millidə Kamran Ağayev şoku

16:55 - 13 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya və yoxlama görüşündə Litva ilə qarşılaşacaq Azərbaycan milli komandası ciddi itkiylə üzləşib.

 

Sportal.az xəbər verir ki, yığmanın kapitanı Kamran Ağayev zədələnib. Dabanından zədələnən qolkiper milli komandaya dəvət almayacaq.

 

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də baş tutacaq. Bu görüşdən 4 gün sonra yığmamız Bakıda Litva ilə yoxlama görüşü keçirəcək.

Xəbər xətti