Dmitri Nazarov: "Heç kim məndən 4 dəqiqə ərzində nəsə edəcəyimi gözləyə bilməz"

11:08 - 14 Mart 2019

Millimizin və Almaniyanın "Aue" klubunun yarəmmüdafiəçisi Dmitri Nazarov açıqlama verib.

 

Sportal.az freiepresse.de saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu yığmamıza dəvəti barədə danışıb:

 

"Gözləntilərim hər zamankından daha çoxdur. Hazırda hər oyun 5 dəqiqədən bir az çox oynayıram. Xorvatiya əsas heyətlə oynayacaq. "Real"dan Luka Modriç, "Barselona"dan İvan Rakitiç kimi futbolçulara qarşı oynamaq karyeranda öz əksini tapır. TV qarşısında gördüyümüz futbolçulara qarşı oynayacağıq. II Bundesliqa ilə beynəlxalq oyunlar arasında böyük fərq var".

 

Nazarov transfer təkliflərindən də danışıb: "Hər zaman digər klublardan təkliflər olur. 1,5 il öncə "Aue"də nəsə inşa etmək üçün, müqaviləni uzatmışdım. Ancaq indiki durumuma görə ayrılmaq fikrim yoxdur. Çünki futbolda hadisələr çox tez dəyişir. Gerçək fırtınadan sonra günəş daha da gözəl parlayır".

 

"Aue" ilə 2021-ci ilə qədər müqavilə olan Dima cari mövsüm az oynaması barədə danışıb: "Futbolda günəş hər zaman parlamaz, bəzən yağış da yağır. Bir müddətdir ki, yağış yağır. Hazırda qar və dolu daha çox yağır. "Duysburq"la oyunda qol vurmağa yaxın olsam da, rəqib qapıçı yaxşı oynadı. Qısa müddətdə nəsə etmək çətindir. Heç kim məndən 4 dəqiqə ərzində nəsə edəcəyimi gözləyə bilməz. Nağıllara ehtiyac yoxdur, az oynayıram".

Xəbər xətti