Maykl Essyen Azərbaycan klubuna transfer olur

13:19 - 14 Mart 2019

“Səbail” Qana millisinin sabiq üzvü Maykl Essyeni sıralarına qatmaq üçün danışıqlara başlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir.

 

Peşəkar karyerasına Fransa “Bastiya”sında başlayan Essyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb. Yarımmüdafiəçi “Çelsi” formasında 168 oyunda 19 qol vurub. O, İspaniyanın “Real” və İtaliyanın “Milan” klublarının da şərəfini qoruyub. Təcrübəli futbolçu Qana millisinin heyətində 58 oyuna 9 qol vurub.

Xəbər xətti