Azərbaycan Premyer Liqasında 21-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, baş tutan 4 oyunla 3-cü dövrəyə yekun vurulub.
"Sabah" "Sumqayıt"ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
"Zirə" isə evdə "Keşlə"ni məğlub yola salıb - 2:0.
"Qarabağ" səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib.
Lider "Neftçi" isə "Qəbələ"ni qəbul edib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
16:00 “Sabah” – “Sumqayıt” - 1:1
Qollar: Rəşad Eyubov, 77 - Elvin Məmmədov, 40
Qırmızı vərəqə: Marko Deviç, 28 ("Sabah")
Qeyri-dəqiq penalti: Cavid İmamverdiyev, 32 ("Sabah")
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Əlincə Arena”
16:00 “Zirə” – “Keşlə” - 2:0
Qollar: Xulio Sezar Rodriqes, 69, 79
Qeyri-dəqiq penalti: Xulio Sezar Rodriqes, 54
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Rauf Allahverdiyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İdman Kompleksinin stadionu
16:45 “Səbail” – “Qarabağ” - 1:2
Qollar: Ağabala Ramazanov, 42 - Dani Kintana, 34, Dani Kintana, 77
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Namiq Hüseynov, Rəhim Həsənov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Nihad Məmmədov
“Bayıl Arena”
19:00 “Neftçi” – “Qəbələ” - 1:1
Qollar: Mamadu Mbodj, 54 - Stiven Monroz, 72
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Etibar Həsənov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”
saytlarin hazirlanmasi