"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli ötən gün Ağdam klubu ilə vidalaşıb.
Sportal.az xəbər verir ki, 36 yaşlı futbolçu üçün Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Səbail"lə səfər matçında vida mərasimi təşkil edilib.
Qeyd edək ki, Aqolli 2010-cu ildən "Qarabağ"da çıxış edirdi. Albaniya millisinin sabiq üzvü Ağdam klubunda 5 dəfə ölkə çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb. Aqolli karyerasını ABŞ-ın "Nyu-York Kosmos" klubunda davam etdirəcək.
Fotolar: Qarabağ FK
saytlarin hazirlanmasi