Azərbaycan Premyer Liqasında ötən gün III dövrəyə yekun vuruldu.
Keçirilən 7 turdan sonra dövrənin ən yaxşısı "Qarabağ" oldu. Ağdam klubu 7 tura 15 xal toplayıb. "Atlılar" 4 qələbə qazanıb, 3 heç-heçə edib.
"Neftçi", "Zirə" və "Qəbələ" isə III dövrədə 12 xal toplayıb. "Neftçi" 3 qələbə qazanıb, 3 heç-heçə edib və 1 dəfə uduzub. "Ağ-qaralar"ın bu dövrədə xal itkiləri "Qarabağ"ın liderliyə şərik olmasına şərait yaratdı.
Qış fasiləsində güclənən "Zirə" uğurlu qrafik cızdı. III dövrədə "qartallar" turnir cədvəlinin "zirzəmi"sindən xilas oldu. Samir Abasovun komandası 3 qələbə qazanıb, 3 heç-heçə edib və 1 dəfə məğlub olub. Qazanılan 12 xalla "Zirə" 5-ci pillədəki "Sabah"a şərik ola bildi.
"Qəbələ" də III dövrədə 12 xal toplayıb. Sənan Qurbanov kollektivinin aktivində 3 qələbə, 3 heç-heçə və 1 yenilgi var. "Qırmızı-qaralar" 3-cü pillədəki "Səbail"dən 2 xal geri qalır, "Sabah"la "Zirə"ni 7 xal qabaqlayır.
3-cü pillənin sahibi "Səbail" dövrə ərzində mövqeyini qorumağı bacardı. Paytaxt klubu 3 dəfə qalib gəlib və eyni sayda məğlubiyyət yaşayıb. "Dənizçilər" 1 oyunda heç-heçə edib.
"Keşlə" III dövrədə 7, "Sabah" 5, "Sumqayıt" isə 2 xal topladı. Sonuncu dövrəni qələbəsi başa vurdu. Ayxan Abbasovun komandası 2 heç-heçə edib.
Mövsümün ilk yarısını uğurlu keçirən "Sabah" isə 1 qələbə qazandı, 2 heç-heçə etdi və 4 oyunda məğlub oldu.
"Keşlə" isə III dövrədə 2 qələbə qazanıb, 1 heç-heçə edib və 4 oyunda məğlub olub.
1. Qarabağ 7 4 3 0 9-4 15
2. Neftçi 7 3 3 1 10-5 12
3. Zirə 7 3 3 1 6-3 12
4. Qəbələ 7 3 3 1 7-5 12
5. Səbail 7 3 1 3 8-7 10
6. Keşlə 7 2 1 4 5-9 7
7. Sabah 7 1 2 4 4-10 5
8. Sumqayıt 7 0 2 5 3-9 2
saytlarin hazirlanmasi