Xorvatiya millisinin sabiq baş məşqçisi Slaven Biliç AVRO-2020-nin seçmə mərhələsində bu yığmanın Azərbaycana qarşı keçirəcəyi matçdan gözləntilərini açıqlayıb.
Sportal.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Xorvatiya yığmasının mütləq qələbə qazanmalı olduğunu deyib: "Xorvatiya qalib gəlməlidi, bu, birmənalıdı. Ancaq komandamız üçün önəmli olan bir sıra yeni futbolçularımız var. Ancaq unutmamalıyıq ki, məsələn, Almaniya, Fransa və ya İtaliya kimi böyük ehtiyat qüvvəmiz yoxdu. Çətin vəziyyətdəyik, amma ümid edirəm ki, baş məşqçi doğru həll yolunu tapacaq".
Qeyd edək ki, Xorvatiya - Azırbaycan oyunu martın 21-də Zaqrebin "Maksimir" stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi