Bakıda təlim-məşq toplanışında olan milli komandamızın heyətində dəyişiklik baş verib.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, "Sumqayıt" klubunun yarımmüdafiəçisi Aleksey İsayev millinin heyətindən çıxarılıb. Yarımmüdafiəçi zədələndiyi üçün baş məşqçi Nikola Yurçeviç tərəfindən yığmadan kənarlaşdırılıb.
Qeyd edək ki, millimiz AÇ-2020-nin seçmə mərhələsində martın 21-də Zaqrebdə Xorvatiya, 4 gün sonra isə Bakıda Litva yığması ilə yoldaşlıq oyununda qarşılaşacaq.
saytlarin hazirlanmasi