Xorvatiya - Azərbaycan: hakimlər açıqlandı

14:56 - 18 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsində keçiriləcək Xorvatiya - Azərbaycan oyununu idarə edəcək hakimlər açıqlanıb. 

 

Sportal.az xəbər verir ki, matç bolqarıstanlı hakimlər briqadasına həvalə edilib. Görüşü Georgi Kabakov idarə edəcək. Yan xətt hakimləri Martin Marqaritov və Divan Valkov olacaq. Dördüncü hakimi funksiyasını isə Nikola Popov yerinə yetirəcək.

 

Qeyd edək ki, martın 21-i "Maksimir" stadionunda keçiriləcək Xorvatiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.  

Xəbər xətti