AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstan milli komandaları ilə qarşılaşacaq Xorvatiya yığmasının hücumçusu Andrey Kramariç açıqlama verib.
Sportal.az "Sportske Novosti"yə istinadən xəbər verir ki, Almaniyanın "Hoffenhaym" klubunda çıxış edən 27 yaşlı hücumçu oyunlara ciddi yanaşdıqlarını deyib: "Bizi ağır oyunlar gözləyir. Çünki hərkəs bizə qarşı xüsusi hazırlaşacaq. Bu cür toplanışlarda rəqiblərə qarşı ən üst səviyyədə motivasiya ola bilərik. Balkan düşüncəsiylə - "Rusiyada dünya ikincisi olmuşuq, işimiz asan olacaq" yanaşsaq, başımız bəlaya düşər. Hər matça olduğu kimi, Azərbaycanla ev və xüsusi olaraq, Macarıstanla səfər matçına ciddi yanaşmaq lazımdır. Çətinliklər çəkə bilərik. Qrupdakı bütün komandaların bizə qarşı motivasiyalı hazırlaşacağını və heç vaxt bizə uyğun olmayan müdafiə bloku ilə oynayacaqlarını təkrarlayıram. Belə bir oyun nümayiş etdirməmişik, dürüst olsam, mükəmməl olub-olmadığını bilmirəm. Hədəfi ən qısa vaxtda vurmaq üçün köklənməliyik. Daha sonra isə problemlər baş verə bilər. Yeni çətin mübarizələrlə üz-üzəyik və bu da maraqlıdır. Hər şey Rusiyadakı kimi mükəmməl olmaya bilər. Çətin günlərə də hazırıq".
Kramariç çətin qrupda olduqlarını deyib: "Avropa çempionatına hər qrupdan iki komandanın getməsi yaxşıdır və ümid edirəm ki, faciə yaşanmaz. 5 komanda arasında ilk iki yerdə olmalıyıq. Bunu bacaracağımıza inanıram. Hər kəs asan qrupda olduğumuzu söyləyə bilər. Ancaq ürpədici qrupdayıq. Oyunlar heç də asan keçməyəcək".
Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də "Maksimir" stadionunda keçiriləcək. Bundan 3 gün sonra "damalılar" Macarıstanın qonağı olacaq.
saytlarin hazirlanmasi