"Qarabağ"da istirahət başa çatdı

14:32 - 19 Mart 2019

Premyer Liqanın 21-ci turunda səfərdə "Səbail"i 2:1 hesabı ilə məğlub edən "Qarabağ"da i3 günlük stirahət başa çatıb.

 

Sportal.az xəbər verir ki, ağdamlılar bu gün klubun bazasında bir araya gələcək. Milli komandaların heyətində olan futbolçular hazırlıq prosesində iştirak etməyəcəklər.

 

Qurban Qurbanovun kollektivi fasilə ərəfəsində "Zirə" ilə yoxlama görüşü keçirməyi planlaşdırır.

 

Qeyd edək ki, "Qarabağ" 22-ci turda "Sumqayıt"ın qonağı olacaq. Sözügedən matç aprelin 1-i reallaşacaq.

Xəbər xətti