Ölkə başçısı: "Ansi Aqolli Azərbaycanda ən yaxşı səfirimiz idi"

16:19 - 19 Mart 2019

Albaniyanın prezidenti İlir Meta "Qarabağ"dan ABŞ-ın "Nyu-York Kosmos klubuna keçən Ansi Aqolli barədə "facebook" səhifəsində paylaşım edib.

 

Sportal.az xəbər verir ki, ölkə başçısı Ağdam klubunda 9 il oynayan albaniyalı müdafiəçiyə gələcək karyerasında uğurlar arzulayıb:

 

"Bir neçə gün əvvəl Bakıda öndə gələn futbolçumuz Ansi Aqolliylə görüşdüm və bundan məmnun oldum. Əvvəlki vaxtlarla müqayisədə o, 10 ilə yaxın oynadığı Azərbaycanın ən yaxşı komandası - "Qarabağ"dakı son günlərinə görə həyəcanlı idi. Sadəcə, mən deyil, Bakıda Albaniyanı təmsil edən hər kəs oradakı ən yaxşı səfirimiz olan Ansi Aqolli barədə xoş sözlər dediyinə inanıram. Mükəmməl idman karyerası olan Aqolliyə gələcəkdə uğurlar arzu edirəm. Sizinlə Aqollinin çempion komanda və azarkeşləriylə vida anlarını paylaşmaqdan qürur hissi keçirirəm".

 

Qeyd edək ki, Aqolli 2010-2019-cu illərdə "Qarabağ"da çıxış edib. 36 yaşlı futbolçu Ağdam klubunda 5 dəfə ölkə çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

 

Xəbər xətti