Arşavin: "Azərbaycan və Ermənistan klubları qarşılaşa biləsələr, çempionat təşkil edərdim"

12:14 - 20 Mart 2019

Rusiya milli komandasının sabiq futbolçusu Andrey Arşavin "kazfootball.kz" saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, veteran futbolçu AÇ-2020-nin seçmə mərhələsinin II turunda üz-üzə gələcək Qazaxıstan - Rusiya matçı barədə fikirlərini bölüşüb: "Oyun süni ot örtüklü meydanda baş tutacaq. Düzdür, keyfiyyətli olsa da, yaxşı hal deyil. Əgər Qazaxıstanı düzgün şəkildə qiymətləndirməsək, problemlər ola bilər. Ancaq, əlbəttə, Rusiya millisi Qazaxıstandan daha üstündür. Hansısa sürprizin qeydə alınacağını düşünmürəm".

 

37 yaşlı sabiq hücumçu əcnəbi futbolçuların milliləşdirilməsinə müsbət baxmadığını sözlərinə əlavə edib: "Demək olar, Rusiya yığmasında yaxşı futbolçular cəmləşib. Ancaq "Spartak"ın qapıçısı Aleksandr Selixov kimi biri kənarda qalıb. Mən başa düşə bilmirəm ki, öz qapıçın varsa, nə üçün millinin çərçivəsinə braziliyalını qoyursan. Hər zaman yığmada əcnəbilərin milliləşdirilməsinə qarşı olmuşam. Bu gələcək üçün böyük problemlərdir. Dünya çempionatında uğurlu çıxış etmək üçün belə qərarlar verildi. Bunun əvəzinə, yerli futbolçuları inkişaf etdirmək lazımdır. Qazaxıstan yığmasında belə az milliləşən futbolçu var. Bəlkə də yanılıram, ancaq bu, normal haldır? Bəzi braziliyalıların bir mini-futbol komandasında olduğu kimi, Rusiya yığmasında oynamalarını istəmirəm".

 

Arşavin "İmkanınız olsaydı, Rusiya futbolunda hansı üç dəyişikliyi edərdiniz" sualına belə cavab verib: "Öncə "Krasnodar"ın etdiyinə oxşar olan 5-6 akademiya qurardım. Rusiya Premyer Liqasını yaz-payız sistemiylə təşkil edərdim. Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan və Ermənistan komandaları daxil olmaqla, 19 yaşa qədər futbolçuların çempionatını təşkil edərdim. Təbii ki, Azərbaycan və Ermənistanın da klubları qarşılaşa biləcəkləri təqdirdə. Bildiyiniz kimi, UEFA da U-19 komandalarının Çempionlar Liqasını keçirir. Buna görə də müxtəlif ölkələrin komandaları ilə yarış keçirmək maraqlı olar".

Xəbər xətti