AÇ-2020-nin seçmə mərhələsinə start verilib. Azərbaycan milli komandası da mübarizəyə başlayıb.
Sportal.az xəbər verir ki, yığmamız ilk oyununda səfərdə Xorvatiya millisi ilə qarşılaşıb. Oyunda hesabı millimiz açıb. Ramil Şeydayev 19-cu dəqiqədə "damalılar"ı mərkəzə dəvət edib. Lakin ilk hissənin sonlarında meydan sahibləri hesabda tarazlıq yarada biliblər - 1:1. İkinci hissənin sonlarına doğru xorvatlar 2-ci qolu vurub və oyundan qələbə ilə ayrılıb - 2:1.
Yığmamızın yer aldığı E qrupunun digər oyununda Slovakiya Macarıstanı qəbul edib və 2:0 hesablı qələbə qazanıb.
21 mart
AÇ-2020-nin seçmə mərhələsi
E qrupu, 1-ci tur
23:45. Xorvartiya - Azərbaycan - 2:1
Qollar: Borna Barişiç, 44, Andrey Kramariç, 79 - Ramil Şeydayev, 19
Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Divan Valkov, Nikola Popov (hamısı Bolqarıstan)
Zaqreb, "Maksimir" stadionu
saytlarin hazirlanmasi