AÇ-2020-nin seçmə mərhələsində ilk tura yekun vurulub.
Sportal.az xəbər verir ki, D, F və J qruplarında 8 qarşılaşma keçirilib.
D qrupunda Gürcüstan evdə İsveçrəyə 0:2 hesabı ilə uduzub. İrlandiya isə səfərdə Cəbəllütariqdən üstün olub - 1:0.
F qrupunda Malta evdə Farer adalarına 2:1 hesabı ilə qalib gəlib. İsveç Rumıniyaya 2:1 hesabı ilə qalib gəlib. İspaniya eyni hesabla Norveçi məğlub edib.
J qrupunda Bosniya və Herseqovina Ermənistanı xalsız yola salıb - 2:1. İtaliya evdə Finaldiyaya qalib gəlib - 2:0. Yunanıstan isə Lixtenşteynlə səfər görüşündə 3 xal qazanıb - 3:0.
AÇ-2020-nin seçmə mərhələsi
D qrupu
Gürcüstan - İsveçrə - 0:2
Qollar: Stiven Zuber, 57, Denis Zakariya, 80
Cəbəllütariq - İrlandiya - 0:1
Qol: Ceff Hendrik, 49
F qrupu
İspaniya - Norveç - 2:1
Qollar: Rodriqo, 16, Serxio Ramos, 71 (pen) - Coşua Kinq, 65 (pen.)
İsveç - Rumıniya - 2:1
Qollar: Robin Kvayson, 33, Viktor Klaesson, 42 - Klaudiu Keşeru, 58
Malta - Farer adaları - 2:1
Qollar: Kiran Nvoko, 13, Stiv Borq, 77 (pen.) - Yakup Tomsen, 90+6
Qırmızı vərəqə: Andre Acus, 62 (Malta)
Qeyri-dəqiq penalti: Brandur Hendriksson, 64 (Farer adaları)
J qrupu
İtaliya - Finlandiya - 2:0
Qollar: Nikolo Barella, 7, Moyze Kin, 74
Lixtenşteyn - Yunanıstan - 0:2
Qollar: Konstantinos Fortounis, 45, Anastasios Donis, 80
Bosniya və Herseqovina - Ermənistan - 2:1
Qollar: Rade Kruniç, 33, Deni Miloşeviç, 80 - Henrix Mxitaryan, 90 (pen.)
saytlarin hazirlanmasi