AÇ-2020-nin seçmə mərhələsində ilk turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, J qrupunda qərarlaşan Bosniya və Herseqovina evdə Ermənistanla qarşılaşıb. Millimizin sabiq çalışdırıcısı Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv erməniləri 2:1 hesabı ilə məğlub edib.
Sözügedən oyunda "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovinanın start heyətində yer alıb və 90 dəqiqə meydanda olub.
Bosniya və Herseqovina - Ermənistan - 2:1
Qollar: Rade Kruniç, 33, Deni Miloşeviç, 80 - Henrix Mxitaryan, 90+3 (pen.)
saytlarin hazirlanmasi