Yakub Jezniçak: "Əvvəl düşünürdüm ki, Azərbaycanda qadınlar üzlərini bağlayırlar"

13:07 - 29 Mart 2019

"Azərbaycanda ən yaxşı futbolçular Polşadan çox qazanır. Mənə gəlincə, "Qarabağ"da qazancım "Legiya"dakından azdır".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Yakub Jezniçak deyib.  

 

Polşalı müdafiəçi ölkəmizdə dil problemi olmadığnı bildirib: "Orda Azərbaycan dili ilə yanaşı, rus dili də üstünlük təşkil edir. Komandamızın yarıdan çoxu ingilis dilində danışıq. Mənə orda asandır. Rusca 90 faiz başa düşürəm. Amma özüm danışmaqla bağlı çətinlik çəkirəm. Polşa dili ilə qarışdırmaqdan qorxuram". 

 

"Qarabağ"a transferi ilə bağlı danışan Jezniçak ölkəmizə gələndə müəyyən qədər ehtiyyatlandığını söyləyib: "Karyeramda ilk dəfə legioner həyatı yaşadığımı nəzərə alsaq, qeyri-müəyyənliyə getdiyimdən ehtiyatlanırdım. Amma mən vaxtilə Polşada "Yagelloniya""da oynamış, indiyədək "Qarabağ"ın formasını geyinən Dani Kintanadan məlumatlar aldım. O, möhtəşəm şeylər danışdı. Mən də gedəndə xoş mənada təəccübləndim. 2004-cü ildə U-21-in üzvü kimi Azərbaycan olmuşdum. Gördüklərim məndə xoş təəssürat yaratdı. Şəhər inkişaf edir. Həyat yoldaşımla Bakıda sakit və yaxşı yaşayırıq. Biz Çempionlar Liqasında da oynamışıq. Ora getdiyimə peşman olduğumu desəm, yalançı olaram". 

 

Jezniçak müsəlman ölkəsi olan Azərbaycanda mədəniyyət baxımından hər hansı problemlə özləşmədiyini də əlavə edib: "Müsəlman ölkəsi olduğu doğrudur, ancaq bunu küçələrdə görmürsünüz. Məsələn, düşünürdük ki, orda qadınlar üzlərini bağlayırlar. Ancaq sakinlərin belə radikal olmadığını gördük. Gündəlik yaşayış tərzində hər hansı bir problem yoxdur".

 

Mərkəz müdafiəçisi "Sabiq klubunuz "Legiya"ya qayıtmaq istərdinizmi" sualını belə cavablandırıb: "Belə təklif olsa, düşünərəm. "Qarabağ"la mövsümün sonuna qədər müqaviləm var. Yeni müqavilə təklifi olub-olmayacağını və ya başqa komandanın mənimlə maraqlanıb-maraqlanmayacağını görəcəyik. Futbolçu həyatı tez dəyişir. "Legiya" hələ də mənim ürəyimdədir və onları dəstəkləməkdə davam edəcəm. Ümid edirəm ki, yenidən Polşa çempionu olacaqlar". 

Xəbər xətti