Futbol üzrə Azərbaycan Birinci Divizionunda 20-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Lider MOİK səfərdə autsayder “Ağsu”nu 4 cavabsız qolla məğlub edib. “Sabah-2” isə “Zirə-2″dən üstün olub.
Tura sabah keçiriləcək “Qarabağ-2” – “Keşlə-2” matçıyla yekun vurulacaq.
Birinci Divizion
20-ci tur
29 mart
"Ağsu" – MOİK 0:4
Qollar: Raul Yaqubzadə, 7; 31; 75. Orxan Həsənov 68-pen.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
Ağsu şəhər stadionu
"Zirə-2" – "Sabah-2" - 0:1
Qol: Reza Bigdelo, 25.
Qırmızı vərəqə: Pərdis Fərcad-Azad, 37. (“Zirə-2”)
Hakimlər: Orxan Məmmədov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Nail Nağıyev.
Bakı. “AZAL Arena”.
saytlarin hazirlanmasi