Kamran Ağayevin durumuna aydınlıq gəldi: əməliyyat ediləcək

12:20 - 31 Mart 2019

Premyer Liqanın 22-ci turunda "Neftçi" ilə matçda qolundan zədələnən "Keşlə"nin qapıçısı Kamran Ağayevin zədəsi ciddidir. 

 

Sportal.az futbol11.az-a istinadən xəbər verir ki, 33 yaşlı qolkiper uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Sol qolundan zədə alan qolkiper dərhal MRT müayinəsindən keçib. Həkimlər əlcək sahibinə 4 ay məşq etməməyi tapşırıblar.

 

Kamran Ağayev əməliyyat olunacaq.

Xəbər xətti