"Hazırda "Girəsunspor" klubunun üzvüyəm və bütün diqqətimi bu kluba yönəltmişəm. Türkiyədən bəzi klublardan təklif almışam. Amma transfer məsələləri ilə maraqlanmıram. İndi bu haqda danışmağın məqamı deyil".
Sportal.az "Radyospor"a istinadən xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Ozan Can Kökçü deyib.
Gənc futbolçu Hollandiyanın "Feyenord" klubunda çıxış edən qardaşı Orkun Kökçünün "Beşiktaş"a keçəcəyi ilə bağlı xəbərləri təkzib edib: "Qardaşım Orkunun "Beşiktaş"a transfer olunacağı ilə bağlı xəbərlər uydurmadır. Orkun ötən həftə "Feyenoord"la müqaviləsini yeniləyib. 2023-cü ilə qədər bu klubda qalacaq. Hollandiyada çox xoşbəxtdir. Bu xəbərlərin hardan çıxdığını bilmirəm. Həm də onun indi Türkiyəyə gəlməsinin heç bir mənası yoxdur".
Yarımmüdafiəçi "Bursaspor"la müqavilə imzaladıqdan əvvəl Türkiyənin böyük klublarından təklif aldığını açıqlayıb: "2017-ci ildə "Bursaspor"la müqavilə imzalamadan öncə hətta "Beşiktaş"la "Fənərbaxça" da mənimlə maraqlanmışdı. O dönəmdə "Fənərbaxça"nın skautları bir neçə dəfə oyunumu izləməyə gəlmişdi. Agentimlə də əlaqə saxlamışdılar. "Bursaspor"la müqaviləyə imza atarkən agenyim mənə "Fənərbaxça"dan təklif olduğunu söyləmişdi. Həmin gün dəfələrlə mənə zəng vurmuşdu. Amma keçid baş tutmamışdı. İkinci mövsümdü Türkiyədəyəm. Həm qardaşım, həm də mən türk dilində çox yaxşı danışırıq. Çünki evimizdə türk dilində danışılır".
Kökçü Azərbaycan millisi ilə bağlı fikirlərini bildirib: "Azərbaycanın gənclər yığmasında işlərim çox yaxşı gedir. Türkiyə Futbol Federasiyası ilə müəyyən problemlərim oldu. Həmin ərəfədə mənə Azərbaycandan təklif gəldi. Bir qədər düşünəndən sonra təklifi qəbul etdim. Azərbaycanla Türkiyə qardaş ölkədir. Mənim üçün gözəl bir seçim oldu".
saytlarin hazirlanmasi