"Komandamız ev oyunlarını "Əlincə Arena"da keçirir. Arnenanın tutumunun nə qədər olduğunu bilmirəm. Təxminən 10 min nəfərlik olar. Təəssüf ki, tribunaların tam dolduğunu görməmişəm. Bunun baş verəcəyinə ümid edirəm. Ən böyük rəqiblər "Qarabağ" və "Neftçi"dir. Bir müddət əvvəl "Qarabağ"a qarşı oynamışdıq. Maksimum 1000 nəfər var idi. Ancaq "Sabah" yeni klubdur, inkişaf edir. Düşünürəm ki, avrokuboklara vəsiqə qazansaq, bu, stadionun dolması üçün səbəb olacaq".
Sportal.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Marko Deviç deyib.
36 yaşlı ukraynalı futbolçu "Sabah"a gəlməyə razılıq verməsinin səbəblərindən danışıb: "İndiyə qədər çıxış etdiyim yerlərlə müqayisədə buradakı infrastruktur ciddi fərqlənir. "Sabah" mənə iki illik müqavilə təklif etdi. Məh bu məqam məni daha çox sevindirdi. Sağlamlığım imkan verdiyi müddətə qədər oynayacağamm. Başqa təkliflər də almışdım. Ukraynanın "Çernomorets" klubu mənimlə maraqlanırdı. Amma yeni təcrübə qazanmaq istədim. Demək olar ki, bütün klublar Bakıda yerləşir. Ona görə də təyyarəyə əyləşib harasa umaq lazım deyil. Düzü, belə şeylərdən yorulmuşdum".
Serb əsilli hücumçu "Sabah"dakı əmək haqqısına da toxunub. O, Azərbaycanda aylıq 5 min dollardan çox maaş aldığını bildirib: "Burada min avroya oynamıram. Buradakı maaşım "Lutsk"dakından bir az çoxdur. Orada 5 min dollar alırdım. Bu da ilə 60 min dollar edir. Üstəlik, müqavilə imzalayan zaman 20 min dollar ödənmişdi".
Deviç milliləşdirilərək şərəfini qoruduğu Ukrayna millisinə qayıdışı perspektivinə toxunub: "Azərbaycan çempionatı o səviyyədə deyil ki, millidə oynayım. Bu, millinin baş məşqçisi Andrey Şevçenkonun futbolçularını görmək istədiyi səviyyə deyil. Yığmaya nə dərəcədə kömək edə biləcəyimi deyə bilmərəm. Bəlkə də, 15-20 dəqiqə oynaya bilərəm. Mən həmişə millidə oynamaq istəyirəm".
saytlarin hazirlanmasi