Azərbaycan çempionatının aşağı yaş qrupu üzrə liqalarında növbəti qeyri-etik davranışlar aşkarlanıb.
Sportal.az xəbər verir ki, AFFA İntizam Komitəsi bugünkü iclasında həmin hərəkətlərin hüquqi qiymətini verib.
U-16 Liqasının “Neftçi” PFK – “Gəncə” TİM görüşündə “Neftçi”nin baş məşqiçisi Mirbağır İsayev hakimlər briqadasını təhqir etdiyinə görə, texniki zonadan kənarlaşdırılıb. İsayev 5 oyunluq diskvalifikasiya olunub.
Coca-Cola – 13 Liqasının “Turan Tovuz” – “Gəncə” TİM matçında ikincilərin məşqiçisi İntiqam Səmədov eyni addıma əl atıb. O isə 3 oyun texniki zonada yer ala bilməyəcək.
saytlarin hazirlanmasi