"Qarabağ" daha bir legioneri ilə yollarını ayırdı

13:57 - 5 Aprel 2019

“Qarabağ” bu gün bir futbolçusu ilə yollar ayrılıb.

 

Sportal.az xəbər verir ki, islandiyalı qapıçı Hannes Tor Halldorssonla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Mövsümün əvvəlində komandaya transfer olunan Hannes bu mövsüm 8 oyunda ( 4 Premyer Liqa, 4 avrokubok) meydanda olub. 

 

Qeyd edək ki, Hannesin karyerasını ölkəsində davam etdirəcəyi gözlənilir. 

Xəbər xətti