"Qarabağ"dan ayrılan Hannes Tor Halldorssonun yeni klubunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, islandiyalı qolkiper karyerasını vətənində davam etdirəcək. 34 yaşlı qolkiper doğulduğu Reykyavik şəhərini təmsil edən "Valur" klubu ilə razılıq əldə edib. Hannes yaxın günlərdə yeni klubu ilə münasibətlərini rəsmiləşdirəcək.
Qeyd edək ki, mövsümün əvvəlində Danimarkanın "Randers" klubundan "Qarabağ"a transfer olunan Hannes 8 oyunda ( 4 Premyer Liqa, 4 avrokubok) meydanda olub.
saytlarin hazirlanmasi