"Qarabağ" "Qəbələ"ni, "Sabah" "Səbail"i məğlub etdi YENİLƏNİB

18:25 - 7 Aprel 2019

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, turun mərkəzi görüşündə "Qəbələ" "Qarabağ"ı qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Günün digər oyununda isə "Səbail" "Sabah"ın qonağı olub və 1:3 hesabı ilə uduzub.

 

14:00 "Qəbələ" – "Qarabağ" - 1:2

Qollar: Rauf Əliyev, 23 - Donald Gerrye, 3, Araz Abdullayev, 83

Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Kamal Umudlu 

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Şaiq Həmidov 

Qəbələ şəhər stadionu

 

16:30 "Sabah" – "Səbail" - 3:1

Qollar: Filip İvanoviç, 32, Cavid İmamverdiyev, 66, Vanderson Silva, 69 - Enrike Perilyo, 1

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Rauf Allahverdiyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Erkin Hüseynov 

“Əlincə Arena”

Xəbər xətti