Azərbaycan Premyer Liqasının 23-cü turunda 7 futbolçu cəzalı duruma düşüb.
Sportal.az xəbər verir ki, "Neftçi" - "Zirə" (1:2) matçında qonaqların iki futbolçusu - İlkin Muradovla Orxan Sadıqlı qırmızı vərəqə alıblar. Onlar 24-cü turda "Sumqayıt"la oyunu buraxmalı olacaqlar. "Neftçi"də isə Emin Mahmudov sarı vərəqə limitini doldurub. 26 yaşlı yarımmüdafiəçi növbəti turda "Səbail"lə səfər oyununu kənardan izləyəcək.
"Qəbələ" - "Qarabağ" (1:1) görüşündə meydan sahiblərinin heyətində Voislav Stankoviç cari mövsüm 4-cü sarı vərəqə alıb və cəzalı duruma düşüb. Serb futbolçu 23-cü turda "Keşlə" ilə səfər oyununu buraxacaq. Ağdam klubunda isə Bədavi Hüseynov sarı vərəqə alaraq, limiti doldurub. Hüseynov ağdamlıların "Sabah"la matçını buraxacaq.
"Sabah" - "Səbail" (3:1) matçında meydan sahibləri iki futbolçusunu itirib. Debütantın heyətində Erik Ramosla Təmkin Xəlilzadə sarı vərəqə almaqla cəzalı duruma düşüblər. Cari mövsüm 8 dəfə sarı vərəqə alan oyunçular 23-cü turda "Qarabağ"la səfər oyununu buraxmalı olacaqlar.
Qeyd edək ki, 23-cü turun görüşləri aprelin 13-14-ü keçiriləcək.
saytlarin hazirlanmasi