"Neftçi" rəsmən avrokuboklarda!

10:53 - 8 Aprel 2019

Azərbaycan Premyer Liqasının XXIII turu maraqlı nəticələrlə yadda qalıb. 

 

Sportal.az xəbər verir ki, çempionluq mübarizəsinin yalnız "Neftçi" ilə "Qarabağ" arasında gedəcəyi rəsmiləşib.  Qalan iddialı komandaların çempionluq şansı qalmayıb. Belədə təbii ki, "Neftçi" avrokuboklara vəsiqəni təmin etmiş olub.  

 

"Sabah"a məğlubiyyət isə "Səbail"i Avropa Liqasından məhrum edə bilər. Görünür, Aftandil Hacıyevin komandası ötən turdan sonra "Qəbələ" ilə arada 4 xallıq fərqin yaranmasından rahatlaşıb.  Bayıl təmsilçisinin bəxti onda gətirdi ki, "Qəbələ" "Qarabağ"la qarşılaşmada xal qazana bilmədi, belədə aradakı fərq azalmadı.

 

Hazırda "Neftçi" ilə "Qarabağ"ın şərikli liderliyi davam edir. Növbəti turda "ağ-qaralar"ı "Səbail" səfəri gözləyir. Prinsipial rəqibindan bir gün sonra meydana çıxacaq "Qarabağ" isə "Sabah"la qarşılaşacaq. Bir sözlə, həm avrokuboklara iddialı "Səbail"in, həm də çempionluq uğrunda mübarizə aparan komandaların xal itirmək şansı realdır. 

Xəbər xətti