Yakub Jezniçak “Qarabağ”ın düşərgəsinə qayıtdı

16:25 - 8 Aprel 2019

“Zirə” ilə yoxlama görüşündə zədə alan, müalicə və bərpa prosesi üçün ölkəsi Polşaya yollanan "Qarabağ"ın futbolçusu Jakub Jezniçak geri dönüb.

 

Sportal.az xəbər verir ki, mərkəz müdafiəçisi 2 həftəlik Polşa səfərindən sonra mərkəz müdafiəçisi Azərbaycana qayıdıb. Onun bu gündən etibarən “Qarabağ”ın düşərgəsində olacağı dəqiqdir. 

 

Qeyd edək ki, Jezniçak “Qarabağ”a böyük ümidlərlə transfer olunsa da, çox az hallarda meydançaya çıxır. 

Xəbər xətti