Azərbaycan Premyer Liqasının 25-ci turunda qeydə alınan azarkeş sayı bəlli olub.
Sportal.az xəbər verir ki, turun ilk görüşü "Kapital Bank Arena"da "Sumqayıt" və "Səbail" arasında baş tutub. Qonaqların 2:1 hesabı ilə qalib gəldiyi görüşü stadionda 500 nəfər izləyib.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan "Qarabağ" - "Keşlə" matçında (3:0) 500, Qəbələ şəhər stadionunda reallaşan "Qəbələ" - "Zirə" qarşılaşmasında (2:1) isə 300 azarkeş qeydə alınıb.
Turun son oyunu "Əlincə Arena"da "Sabah" və "Neftçi" arasında baş tutub. Qonaqların 2:0 hesabı ilə qalib gəldiyi matçı 1600 nəfər izləyib.
Ümumilikdə 25-ci turda 3400 azarkeş qeydə alınıb. Bu da hər oyuna 850 nəfər deməkdir.
saytlarin hazirlanmasi