Azərbaycanın U-21 yığmasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi Türkiyənin “Girəsunspor” klubunun yeni baş məşqçisi bəlli olub.
Sportal.az xəbər verir ki, Ərkan Sözəri I Liqa təmsilçisinin yeni baş məşqçisi təyin edilib. O, bu postda Kemal Kılıçı əvəz edib. 52 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
Sözəri cari mövsüm "Girəsunspor"un "sükanı arxası"na keçən 5-ci baş məşqçi olub.
“Girəsunspor” I Liqada 30 turdan sonra 29 xalla 15-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi